Azərbaycan Premyer Liqasının 3-cü turunda “Neftçi” “Qarabağ” üzərində 2:1 hesablı qələbə qazanıb.
Sportarena.az xəbər verir ki, matçdan sonra paytaxt klubunun baş məşqçisi Füzuli Məmmədov matç barədə danışıb:
- Gərgin olacağını bilirdik. Avrokuboklardan sonra hər iki komanda yorğun idi. Vaxtımız az idi, amma bacardığımızı etdik. Hazırlaşdıq və qalib gəldik. Bizim üçün qələbə önəmli idi. Hər kəsi təbrik etdik.
- “Qarabağ” Avroliqadan sonra yorğun idi, psixoloji gərginlik var idi. Bu sizə qalibiyyət gətirdi?
- "Qarabağ” zəif komanda deyil, güclüdür. Gücünü də ortaya qoydu. Bu gün meydanda mübarizə aparıb qalib gəldik.
- Tallisonun ehtiyatda qalmasının səbəbi nədir?
- O, formadadır. Sadəcə bu taktiki gediş idi.
- Prins İbara niyə əvəzlədiniz?
- İbara “Qalatsaray”la matçdan sonra yorğun idi. Amma o, yaxşı oyunçudur. Komandaya köməyi dəyəcək.
- Anton Krivotsyukun yoxluğu sizə qələbə qazandırdı. Razısız?
- Anton bizim üçün vacib futbolçudur. “Sumqayıt”la matçda hamıda səhv var idi. Bizə inanmaq və zaman lazımdır. Anton da inandığım, güvəndiyim futbolçudur.