Azərbaycan birinci divizionunda 2020/2021 mövsümünün start tarixi müəyyənləşib.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, yarış 1 oktyabrda başlayacaq. Turnirdə 10 komanda iştirak edəcək. Komandalar aşağıdakılardır:
“Turan Tovuz”
“Zaqatala”
“Sabah-2”
“Neftçi-2”
“Kəpəz”
“Keşlə-2”
“Sumqayıt-2”
“Qarabağ-2”
MOİK
“Qaradağ Lökbatan”
"Qəbələ", "Zirə" və "Səbail" əvəzedicilərinin birinci divizionda iştirakından imtina edib. "Zirə" və "Səbail"dən fərqli olaraq "Qəbələ" ardıcıl ikinci mövsüm aşağıda dəstəyə qatılmayacaq. Yarışın püşkatma mərasimi sentyabrın 24-ü, saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi Yutub kanalı ilə canlı yayımlanacaq.