“Qarabağ” hücumçu axtarışını davam etdirir.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi İtaliya B Seriyasında çıxış edən "Kyevo"nun hücumçu Manuel Puççiarellini transfer hədəfinə alıb. 29 yaşlı hücumçunun klubu ilə 1 illik müqaviləsi qalıb. Ona son təklif “Qarabağ”dan gəlib və tərəflər arasında danışıqlar davam edir.
"Kyevo" Puççiarellini 2019-cu ilin yayında "Empoli"dən 3,75 milyon avroya transfer edib. O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Peskara"da keçirib. Təcrübəli hücumçu A Seriyasında keçirdiyi 135 oyunda 16 qol vurub, 7 məhsuldar ötürmə edib. B Seriyasında 77 matç keçirən forvard 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.