Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının oyununa təyinat alıb.
Sportarena.az xəbər verir ki, o, bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Slovan” (Çexiya) matçını idarə edəcək.Ona bu işdə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, “Styaua” – “Slovan” matçı sentyabrın 24-də keçiriləcək.