“Püşkatmanın nəticəsindən narazı deyiləm. Çempionlar Liqasında uduzmuşuq. Amma yolumuza Avropa Liqasında davam etmək istəyirik”.
Sportarena.az xəbər verir ki, bu sözləri İrlandiyanın “Dundalk” klubunun qapıçısı Qari Rojer Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Şerif”lə keçirəcəkləri matç haqqında danışarkən deyib.
39 yaşlı qolkiper “Qarabağ”a rəqib olmadıqları üçün sevindiyini vurğulayıb: “Şerif”lə oyunların çətin olacağını bilirik. Onlar da bizim kimi mərhələ adlamaq istəyir. Ancaq bu mərhələdə “Qarabağ” və ya başqa bir güclü komanda ilə də qarşılaşa bilərdik. Bunu nəzərə alsaq, “Şerif”lə oynamaq daha yaxşıdır. Rəqib cütün favoriti sayılır. Lakin matçın azarkeşsiz keçirilməsi bizim xeyrimizə olacaq”.
Xatırladaq ki, “Şerif” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Qarabağ"a uduzmaqla (1:2) turnirlə vidalaşıb və Avroliqanın 3-cü mərhələsində "Dundalk"a rəqib olub.