“Qəbələ” Futbol Akademiyasında yeni təyinatlar gerçəkləşib.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Halim Fıçıcının gedişindən sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub.
O, həm də U-19 komandasını çalışdırır. Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.
Qeyd edək ki, akademiyanın 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq. U-8 komandası da yay fasiləsinə son verərək hazırlıqlara başlayıb.