"Qalatasaray" futbol klubu cəbhə bölgəsində baş verən hadisələrlə bağlı Azərbaycana dəstək olub.
Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Superliqanın 3-cü turunda "Fənərbaxça" ilə ev oyununda stadionda pankart nümayiş etdirib. Pankartda "Tək millət, iki dövlət" sözləri yer alıb.
Sözügedən pankartın fotosu "Qalatasaray"ın sosial şəbəkə hesablarında "Qardaşlarımızın yanındayıq!" başlığı ilə paylaşılıb.