"Sumqayıt" 400-cü qolu buraxdı

12:34 28 Sentyabr 2020

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 400-cü qolunu buraxıb.

 

Sportarena.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, mövsümün IV turunun “Qarabağ”la matçına təsadüf edib. 2:2 hesabı ilə başa çatan oyunda vurulan sonuncu qol sumqayıtlıların buraxdığı 400-cü top olub. Qolun müəllifi Filip Ozobiç olub. “Gənclik şəhəri” təmsilçisi bu rəqəmə 276 qarşılaşmada çatıb. Komanda orta hesabla hər görüşdə 1,45 top buraxıb.

 

Qeyd edək ki, 2011/12 mövsümündən Premyer Liqada mübarizə aparan “Sumqayıt”la oyunlarda ən çox qol vuran komandalar “Qarabağ” (67), “Qəbələ” (53) və “Neftçi” (52) klublarıdır.


Digər xəbərlər

Xəbər xətti