Mirabdullanın 100-cü oyunu

13:11 28 Sentyabr 2020

Azərbaycan Premyer Liqasının IV turu “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov üçün əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, “Qəbələ” ilə görüş (1:1) futbolçunun ölkə çempionatında 100-cü matçı olub.

 

Yubiley qarşılaşmasına çıxan Abbasov yarışda 2014/15 mövsümündə “Neftçi”nin heyətində debüt edib. “Ağ-qaralar”la 62-ci Premyer Liqa görüşünə çıxan hücumçu “Sumqayıt”da 27, “Səbail”də 11 dəfə şans qazanıb. O, keçirdiyi 100 oyunda 24 qol vurub, 10 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti