“Qarabağ”ın Polşaya səfəri təxirə salına bilər - Cəbhədəki vəziyyətə görə

13:20 28 Sentyabr 2020

Avropa Liqasının pley-off mərhələsində "Legiya” ilə qarşılaşacaq "Qarabağ”ın səfər proqramı müəyyənləşib.

 

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun apasport.az saytına verdiyi məlumata görə, komanda sabah Polşaya səfər etməyi planlaşdırır.

 

İbrahimov qeyri-adi bir vəziyyət yaranmasa, sabah günorta saatlarında yola çıxacaqlarını söyləyib. Ancaq klub rəsmisi mövcud durumla əlaqədar səfərin sentyabrın 30-na təxirə salınmasını da istisna etməyib. Baş məşqçi Qurban Qurbanov matçın oynanılacağı stadionda oyundan bir gün əvvəl son məşqini keçəcək.

 

Qeyd edək ki, oktyabrın 1-də Polşa Ordu Stadionunda keçiriləcək "Legiya” – "Qarabağ” qarşılaşması Bakı vaxtı ilə 22:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti