UEFA-dan AFFA-nın müraciəti əsasında "Qarabağ"ın oyununa təyinat

13:08 29 Sentyabr 2020

UEFA AFFA-nın müraciətinə əsasən Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununa xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın saytında yayılan açıqmada bildirilir.

 

Xatırladaq ki, son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, AFFA “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlanmışdı. Müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburqda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılması vacibdir.


Digər xəbərlər

Xəbər xətti