Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının 4-cü turu ilə bağlı qərarlar verilib.“Səbail” – “Sabah” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 800 manat cərimə olunub.
“Keşlə” – “Zirə” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunb. “Neftçi” – “Qəbələ” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.