"Qarabağ"a güclü təzyiq etməliyik" - "Legiya"nın çalışdırıcısı

13:43 30 Sentyabr 2020

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini təzyiqdə saxlamalı olduqlarını deyib:

 

"Qarabağ"la oyunda məni ən çox topu itirdikdən sonra komandanın meydandakı dinamikası maraqlandırır. Bu komanda ilə oynamağın yolu meydanın rəqibə aid hissəsində onlara qarşı güclü təzyiq etmək və hücumların qarşısını almaqdı. Əks halda, təhlükəli hücumlar təşkil edə bilərlər. Xüsusən, meydanın mərkəzini gücləndirməliyik. Bunu yaxşı ideya hesab edirəm. Legionerlər isə cinahlardan sürətli hücuma keçməlidilər. Kosovo çempionu "Drita" ilə matçla müqayisədə meydana başqa heyət buraxmaq lazımdı. Çünki bu dəfə daha çox qol epizodu yaratmalıyıq".

 

Sabah Varşavadakı "Voyska Polskieqo" keçiriləcək "Legiya" - "Qarabağ" matçı 22:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti