FİDE reytinqi açıqladı - Məmmədyarov Rəcəbovu qabaqladı

16:10 30 Sentyabr 2020

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.Aktivində 2770 xal olan Şəhriyar Məmmədyarov 4 pillə irəliləyib və 7-ci sıraya yüksəlib. 2 765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 1 pillə geriləyib və 10-cu yerdə qərarlaşıb.

 

Qədir Hüseynov 2 665 xalla 73-cü, Nicat Abbasov 2 664 xalla 75-cidir. Onların hər ikisi 2 pillə geriləyiblər. 2 654 xalı olan Rauf Məmmədov isə 91 - 93-cü yerləri bölüşdürür. Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 828 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

 

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 28-ci pilləyə yüksəlib. 2 382 xala malik Gülnar Məmmədova 73-cü sırada yer alıb. 2 376 xalı olan Xanım Balacayeva isə 1 pillə irəliləyərək 82-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti