“Liverpul” klubunun ispaniyalı yarımmüdafiəçisi Tiaqo Alkantara koronavirusa yoluxub.
Sportarena.az xəbər verir ki, bu barədə “mersesaydlılar”ın rəsmi internet saytında məlumat dərc edilib.Qeyd olunur ki, 29 yaşlı futbolçu tibbi qaydalara uyğun olaraq karantinə yerləşdirilib.
“Klub COVID-19 ilə əlaqədar bütün protokollara əməl edəcək. Tiaqo lazımi qədər özünü təcridetmə rejimində qalacaq”, - “Liverpul” klubun yaydığı rəsmi açıqlamada qeyd olunub.