"Qarabağ" 7-ci dəfə qrupda - YENİLƏNİB

23:55 1 Oktyabr 2020

Bu gün "Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşıb. Varşavanın "Voyska Polskoqo" stadionunda keçirilən görüş Bakı vaxtı ilə saat 22:00-da başlayıb. Matçın baş hakimi Almaniya Futbol Federasiyasından Tobias Stieler olub. "Qarabağ" bu oyunda qalib gələcəyi təqdirdə, Avroliqanın qrup mərhələsinə yüksələcək.

 

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 5:6) Avroliqanın pley-off mərhələsində çıxışını davam etdirir.

 

1 oktyabr

22.00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan)  0-3
Baş hakim: Tobias Ştiler (Almaniya)


Digər xəbərlər

Xəbər xətti