Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

21:12 1 Oktyabr 2020

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirə Bakı vaxtı ilə saat 19:00-da start verilib.Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 komanda püşklə 8 qrupa bölünüb. Qonşu Türkiyə çempionu “Başakşəhər”in də qrupdakı rəqibləri bilinib.

 

Qeyd edək ki, qrup mərhələsində 1-ci tur 20/21 oktyabr, 2-ci tur 27/28 oktyabr, 3-cü tur 3/4 noyabr, 4-cü tur 24/25 noyabr, 5-ci tur 1/2 dekabr, 6-cı tur isə 8/9 dekabrda keçiriləcək.

 

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

A qrupu

Bavariya (Almaniya)

Atletiko (İspaniya)

Zalsburq (Avstriya)

Lokomotiv (Rusiya)

 

B qrupu

Real (İspaniya)

Şaxtyor (Donetsk, Ukrayna)

İnter (İtaliya)

Borussiya (Münhenqladbax, Almaniya)

 

C qrupu 

Portu (Portuqaliya)

Mançester Siti (İngiltərə)

Olimpiakos (Yunanıstan)

Olimpik (Marsel, Fransa)

 

D qrupu

Liverpul (İngiltərə)

Ayaks (Niderland)

Atalanta (İtaliya)

Midtyulland (Danimarka)

 

E qrupu

Sevilya (İspaniya)

Çelsi (İngiltərə)

Krasnodar (Rusiya)

Renn (Fransa)

 

F qrupu

Zenit (Rusiya)

Borussiya (Dortmund, Almaniya)

Latsio (İtaliya)

Brügge (Belçika)

 

G qrupu

Yuventus (İtaliya)

Barselona (İspaniya)

Dinamo (Kiyev, Ukrayna)

Ferentsvaroş (Macarıstan)

 

H qrupu

PSJ (Fransa)

Mançester Yunayted (İngiltərə)

Leyptsiq (Almaniya)

Başakşəhər (Türkiyə)


Digər xəbərlər

Xəbər xətti