“Niyə uduzduğumuzu bilmirəm. Heyətdə keyfiyyətli oyunçularımız var. Bu oyun üçün çox çalışmışdıq. Əlbəttə, yaxşı çıxış etmədik, bəhanə yoxdur”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Legiya”nın futbolçusu Xoel Valensiya Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a uduzduqları oyundan (0:3) sonra deyib.
Ekvadorlu yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında kobud səhvlərinə görə məğlub olduqlarını bildirib: “Meydanda heç bir şey etmədik. Məsuliyyəti öz üzərimizə götürməliyik. Səhv etdiyimizi qəbul etməli və mübarizə aparmağa davam etməliyik. İlk hissəni daha yaxşı oynaya bilərdik. Meydanda boşluqlar var idi. Bunu ikinci hissədə gördük, ancaq bir qol buraxdıqdan sonra toparlana bilmədik. Yeni taktikamız, yeni məşqçimiz var. Düzdür, bunlar bəhanə ola bilməz. Bu nəticə bizim günahımızdır”.