Qrup mərhələsinə yüksələn "Qarabağ"ın UEFA-dan qazancı

14:57 2 Oktyabr 2020

Avropa Liqasının pley-off mərhələsində Polaşnın "Legiya" klubunu məğlub edən (3:0) "Qarabağ" mübarizəni qrup mərhələsində davam etdirəcək.  

 

Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi bu uğurdan sonra büdcəsini 2,92 milyon avro ilə zənginləşdirib.

 

"Köhlən atlar" bu mövsüm Çempionlar Liqasında III mərhələyə kimi irəlilədiyi üçün UEFA-dan 1 milyon 370 min avro mükafat qazanmışdı. Ümumilikdə ağdamlıların mükafatı 4,29 milyon avrodur.

 

Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro ilə büdcəsini zənginləşdirir.

 

Avropa Liqasının mükafatları:

 

Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro;
Qrupda qələbə: 570 min avro;
Qrupda heç-heçə: 190 min avro;
Qrupun qalibi: 1 milyon avro;
Qrup ikincisi: 500 min avro;
1/16 finala vəsiqə: 0,5 milyon avro;
1/8 finala vəsiqə: 1,1 milyon avro;
1/4 finala vəsiqə: 1,5 milyon avro;
1/2 finala vəsiqə: 2,4 milyon avro;
Finala vəsiqə: 4,5 milyon avro;
Qalib: 4 milyon avro.


Digər xəbərlər

Xəbər xətti