De Byazi millimizin heyətini açıqladı - Yeni oyunçular var

15:25 2 Oktyabr 2020

Azərbaycan millisinin Millətlər Liqasının qrup mərhələsində keçirəcəyi növbəti oyunlar üçün heyəti açıqlanıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi Canni de Byazi oktyabrın 10-da Podqoritsada Monteneqro, 13-də isə Bakıda Kiprlə keçiriləcək oyunlara 25 futbolçu dəvət edib. Heyətdə iki yeni oyunçu var. "Sumqayıt"ın qapıçısı Aydın Bayramov və hücumçusu Əli Qurbani ilk dəfə yığmaya çağırılıblar.

 

Qeyd edək ki, millimiz sözügedən oyunlara hazırlıq məqsədilə oktyabrın 4-də təlim-məşq toplanışına başlayacaq.

 

Qapıçılar: Emil Balayev, Şahruddin Məhəmmədəliyev (hər ikisi "Qarabağ"), Aydın Bayramov ("Sumqayıt")

Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ"), Azər Salahlı ("Keşlə"), Bədavi Hüseynov ("Qarabağ"), Abbas Hüseynov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"), Təmkin Xəlilzadə, Amin Seydiyev, Bəhlul Mustafazadə (hamısı "Sabah"), Elvin Bədəlov, ("Sumqayıt"), Şəhriyar Əliyev ("Keşlə")

Yarımmüdafiəçilər: Vüqar Mustafayev ("Sumqayıt"), Qara Qarayev, İsmayıl İbrahimli (hər ikisi "Qarabağ"), Coşqun Diniyev ("Sabah"), Rəhim Sadıxov ("Sumqayıt"), Rəhman Hacıyev ("Keşlə"), Elvin Camalov ("Zirə"), Namik Ələsgərov ("Neftçi"), Araz Abdullayev, ("Boluspor", Türkiyə)

Hücumçular: Mahir Emreli ("Qarabağ"), Ramil Şeydayev ("Sabah"), Əli Qurbani ("Sumqayıt") 


Digər xəbərlər

Xəbər xətti