Namiq Ələsgərov “Neftçi”nin heyətində 100-cü oyununu keçirib.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 5-ci turuna təsadüf edib.“Zirə” ilə səfər matçına (0:1) qədər 99 oyunda 16 qol vuran yarımmüdafiəçi ağ-qara formada 100-cü dəfə meydana çıxıb.
Paytaxt klubunda debütü 2017/18 mövsümündə gerçəkləşən Ələsgərov ölkə çempionatında 84 qarşılaşmada şans qazanıb. O, bu görüşlərdə 13 qol vurub. Ölkə kubokunda 9 oyunda 2 dəfə fərqlənən futbolçu Avropa Liqasında 7 matça çıxıb və 1 dəfə rəqib qapısına yol tapıb.