“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Makkabi” (İsrail) növbəti transferini həyata keçirib.
Sportarena.az xəbər verir ki, Təl Əviv təmsilçisi Aleksandr Peşiçi heyətinə qatıb. Serbiyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.Qeyd edək ki, 28 yaşlı oyunçunun son klubu Səudiyyə Ərəbistanının “Əl İttihad”ısı olub.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının İ qrupunda “Makkabi” ilə yanaşı, İspaniyanın “Vilyarreal” və Türkiyənin “Sivasspor” klubları ilə mübarizə aparacaq.