"Qarabağ" Birləşmiş Ərəb Əmirliklərinun "Xor Fakkan" klubunun futbolçusu Bruno Lamasa təklif göndərib.
Sportarena.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi özü "Vavel" nəşrinə açıqlamasında bildirib. Braziliyalı oyunçu Ağdam təmsilçisi ilə yanaşı ölkəsinin "Fluminense", "Vasko da Qama" və digər ölkələrin klublarının da onunla maraqlandıqlarını söyləyib. Daha əvvəl Portuqaliya "Leyşoynş"unda oynayan futbolçu gələcəkdə Avropaya qayıda biləcəyini istisna etməyib.
Lamasın hazırkı klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.