"Ermənistanın atdığı raket BTC-nin 10 metrliyinə düşüb" - Hikmət Hacıyev

00:15 7 Oktyabr 2020

“Ermənistan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə kasetli raket atıb. Raket Yevlax rayonunda BTC-nin 10 metrliyinə düşüb”.

 

Sportarena.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabında paylaşım edib.

 

“Ərazidə 300-dən çox kasetli bomba var. Boru kəmərinə zərər dəyməyib. ANAMA fəaliyyətdədir. Çıxılmaz vəziyyətdə qalan Ermənistan enerji infrastrukturuna hücum edir”.


Digər xəbərlər

Xəbər xətti