Monteneqro - Azərbaycan oyunu ispanlara tapşırıldı

13:09 7 Oktyabr 2020

UEFA Millətlər Liqasında 3-cü turunda keçiriləcək  Monteneqro - Azərbaycan matçına hakim təyinatları açıqlanıb.



Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.Görüşün baş hakimi Rikardo de Burgos Benqoeçea olacaq. Ona yan xətt hakimləri qismində Roberto del Palomar və Pau Sebrian Devis kömə edəcək.
 

Dördüncü hakim funksiyasını isə Xavyer Estrada Fernandes yerinə yetirəcək. Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti