Rusiyanın "Ural" klubunun sabiq futbolçusu - Ermənistan millisinin üzvü Varazdat Aroyanın yalanı gündəm olub.
Sportarena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ermənistan ordusuna qoşulmaq və cəbhəyə yollanmaq bəhanəsi ilə Yunanıstanın "Larisa"sına keçməkdən imtina edib və az keçməmiş "Tambov"la 1+1 illik müqavilə imzalayıb. Məlumatı Rusiya klubunun rəsmi saytı yayıb.