"Qarabağ"ın rəqibindən növbəti transfer

16:00 7 Oktyabr 2020

 “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsrailin “Makkabi” klubu növbəti transferini həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, Təl-Əviv təmsilçisi “Bidvest Uits”dən (Cənubi Afrika Respublikası) Rouen Hümanı transfer edib. 19 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində ilk oyununu oktyabrın 22-də səfərdə  “Makkabi”yə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti