2021-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısında bəzi dəyişikliklər edilib.
Sportarena.az xəbər verir ki, bu barədə qərar Hakimlər Komitəsinin iclasında qəbul edilib.
2013-cü ildən FIFA referisi olan Rəhim Həsənovu Elçin Məsiyev əvəzləyib. 2010-cu ildən FIFA referisi olan və zədə səbəbindən karyerasını başa vuran Mübariz Həşimovun əvəzinə isə Cavanşir Yusifovun adı siyahıya əlavə edilib. Fiziki testdən və ingilis dili bacarığından uğurla keçən 2 yeni futzal hakimi - Əli Cəbrayılov və Knyaz Əmiraslanovun adları hazırkı siyahıya əlavə olaraq FIFA-ya göndəriləcək.