Azərbaycan Premyer Liqasının ən dəyərli klubu və futbolçusu

11:20 8 Oktyabr 2020

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların dəyərləri məlum olub.
 

Sportarena.az xəbər verir ki, çempionatın ən dəyərli klubu "Qarabağ"dı. Yay transfer pəncərəsinin bağlanmasından sonra Ağdam klubunun futbolçularının ümumi dəyəri 11,78 milyon avrodu.
 

"Neftçi" 08,28 milyon avroyla 2-ci, "Sabah" 7 milyon avroyla 3-cüdür. Dördüncü pillədə "Zirə" (6,50 milyon avro), 5-ci yerdə isə "Keşlə" (5,65 milyon avro) qərarlaşıb.Növbəti yerlərdə "Qəbələ" (5,03 milyon avro), "Səbail" (4,8 milyon avro) və "Sumqayıt" (4,33 milyon avro) yer alıb.
 

Azərbaycan Premyer Liqasının ümumi dəyəri 53,35 milyon avrodu.Premyer Liqada çıxış edən ən dəyərli futbolçu isə “Qarabağ”ın üzvü Abdullah Zubirdir. Fransalı futbolçunun dəyəri 1,30 milyon avro olaraq göstərilir.  


Digər xəbərlər

Xəbər xətti