Millimiz Kiprlə oyuna qara sarğı ilə çıxacaq

09:09 12 Oktyabr 2020

Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan milli komandası UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 13-də Kipr millisinə qarşı keçirəcəyi oyuna qara sarğı ilə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Azərbaycan – Kipr matçı məlum səbəblərdən Albaniyada təşkil olunacaq.


Digər xəbərlər

Xəbər xətti