Azərbaycan millisi Kiprlə heç-heçə etdi - YENİLƏNİB

21:55 13 Oktyabr 2020

Millimiz bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

 

Sportarena.az xəbər verir ki, Canni De Byazinin komandası 4-cü turda Kipr yığması ilə qarşılaşıb. Albaniyanın Elbasan şəhərində keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Bunadək Lüksemburqa 1:2, Monteneqroya isə 0:2 hesabı ilə uduzan yığmamız yeganə qələbəsini məhz Kipr üzərində qazanıb. Səfərdə bu rəqibini 1:0 hesabı ilə üstələyən millimiz növbəti qələbəsini qazanmağa çalışacaq.

 

Xatırladaq ki, Dağlıq Qarabağdakı hadisələr səbəbindən Bakıda keçirilməli olan oyun neytral meydana salınıb.Əlavə edək ki, qrupun digər oyununda Monteneqro Lüksemburqu qəbul edəcək.


 

13 oktyabr

Millətlər Liqası

C liqası, 44-cü tur

20:00. Azərbaycan – Kipr  0-0
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Elbasan (Albaniya). “Elbasan Arena”


Digər xəbərlər

Xəbər xətti