Altay Əliyev orduya maddi yardım etdi – FOTOLAR

16:15 15 Oktyabr 2020

Uzun illər Azərbaycan Televiziyasında idman şərhçisi olmuş, səsi ilə idman həvəskarlarının rəğbətini qazanmış, hazırda fəaliyyətini özəl sektorda davam etdirən Altay Əliyev ordumuza dəstək olub.

 

O, Silahlı Qüvvələrə Yardım Fonduna 5000 manat məbləğində maddi yardım edib. Bundan başqa, o, şəxsi təşəbbüsü ilə cəbhə bölgəsinə də yardım etmək üçün Müdafiə Nazirliyinin qaynar xətti ilə daima əlaqə saxlayır və lazım olan tibbi, ərzaq bağlamaları çatdırır.

 

A.Əliyevin övladları da təhsil aldıqları məktəbdə orduya yardım aksiyasına qoşulublar.

 

Xatırladaq ki, A.Əliyev daha əvvəl Koronavirusla Mübarizəyə Yardım Fonduna da yardım edib.



Xəbər xətti