Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun iki oyununun təyinatları müəyyənləşib.
Sportarena.az xəbər verir ki, "Qarabağ" - "Qəbələ" matçı Rəşad Əhmədova, "Səbail" - "Keşlə" görüşü isə Səbuhi Bayramova tapşırılıb.
Qeyd edək ki, bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları oktyabrın 18-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
VI tur
17 oktyabr
"Səbail" - "Keşlə"
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Bakı. "ASCO Arena", 14:00.
"Qarabağ" - "Qəbələ"
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Bakı. "Azersun Arena", 16:00.