"Neftçi" kimi komandaya gəldiyim üçün şadam. Sevinirəm ki, öz ənənəsi, titulları və tarixi olan klubun üzvüyəm. Yeni komandama kömək etmək üçün var gücümü ortaya qoyacağam".
Sportarena.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Bruno Teluşi klubun rəsmi kanalına açıqlamasında deyib.
"Ağ-qaralar"ın tarixində ilk albaniyalı futbolçu olduğunu söyləyən dayaq yarımmüdafiəçisi bunun özü üçün əlamətdar hadisə olduğunu bildirib: "Albaniyanın bu klubda ilk təmsilçisi kimi komandanın uğurlu çıxışı üçün maksimum çalışacağam".
29 yaşlı oyunçu "Neftçi"yə əlindən gələnin ən yaxşısını etmək üçün keçdiyini deyib: "Komandanın uğurlarında pay sahibi olmaq istəyirəm. Çalışacağam ki, komanda mümkün qədər çox qələbə və çempionluq qazansın".
Qeyd edək ki, "Neftçi" Bruno Teluşi ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.