Fransanın "Monpelye" klubunun 12 üzvündə koronavirus aşkarlanıb.
Sportarena.az xəbər verir ki, test nəticəsi pozitiv çıxanlardan 8-i futbolçu, 4-ü klub əməkdaşıdı. Onlar dərhal təcrid olunublar.
Liqa 1-in qaydalarına görə, 30 nəfərlik heyətin 20-i oynamağa hazırdısa, matçlar təxirə salınmır. Bununla belə, "Monpelye"nin "Monako"ya qaşrı növbəti tur oyununun təxirə salınması üçün müraciət edəcəyi gözlənilir.