Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sivasspor”un ev oyunlarına azarkeş buraxıla bilər.
Sportarena.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir yerli mətbuata açıqlamasında bildirib.O, Superliqa, aşağı liqalar və avrokuboklarda oyunlara azarkeşlərin cəlb olunması ilə bağlı klubların müraciətini müsbət cavablandırdıqlarını deyib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin də icazəsi olarsa, matçlara 30 faizədək azarkeşlərin buraxılması prosesinə başlanılacaq.
Qeyd edək ki, “Sivasspor” “Qarabağ”la qrup mərhələsinin 3-cü turunda üz-üzə gələcək. Görüş noyabrın 5-də Sivasda keçiriləcək.