"Makkabi" - "Qarabağ" oyununun hakim təyinatları açıqlandı

13:23 20 Oktyabr 2020

Avropa Liqasının I qrupunun ilk turunun "Makkabi" (Tel-Əviv, İsrail) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, görüşü Şotlandiya Futbol Federasiyasından Con Biton idarə edəcək. Ona həmyerliləri Frensis Konor və Daniel Makfarlan köməklik edəcək. Dördüncü hakim funksiyasını isə yerinə yetirəcək. Hakimlərin işinə serbiyalı Milan Karadjiç qiymət verəcək. UEFA nümayəndəsi isə İvan Tsitoviç (Rusiya) olacaq.

 

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

Xatırladaq ki, Biton "Qarabağ"ın Avroliqada 2019/2020 mövsümünün qrup mərhələsində Lüksemburqda "Düdelanj" (4:1), həmçinin 2016/2017 mövsümündə Yunanıstanda PAOK-una qalib gəldikləri görüşü (1:0) idarə edib.


Digər xəbərlər

Xəbər xətti