AFFA İntizam Komitəsi Azərbaycan I Divizionunda çıxış edən MOİK-in baş məşqçisi Ramil Əliyevi 5 oyunluq cəzalandırıb.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, gənc mütəxəssis 2-ci turun “Turan Tovuz”la ev oyununun 55-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün meydandan kənarlaşdırılıb. Bu səbəbdən, klub 400 manat cərimələnib.
Qeyd edək ki, baş hakim Rövşən Rəcəbovun idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.