“Sevincimin həddi-hüdudu yoxdur” - Şəhriyar Məmmədyarov

08:55 21 Oktyabr 2020

“Nəhayət ki, Zəngilan şəhərində yenidən Azərbaycan bayrağı dalğalandı. Sevincimin həddi-hüdudu yoxdur”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan şahmat millisinin qrossmeysteri Şəhriyar Məmmədyarov öz feysbuk hesabında etdiyi paylaşımda yazıb.

 

Zəngilanda dünyaya gələn şahmatçı öz sevincini bölüşüb: “Təşəkkür edirik Ali Baş Komandanımıza, təşəkkür edirik Azərbaycan əsgərinə! Qarabağ Azərbaycanın olub, Qarabağ Azərbaycandır və həmişə Qarabağ Azərbaycanın olacaq!”


Digər xəbərlər

Xəbər xətti