"Qarabağ" UEFA Avropa Liqasının I qrupundakı ilk ev matçının keçiriləcəyi stadionu açıqlayıb.
Sportarena.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İspaniya "Vilyarreal"ına qarşı ikinci turdakı oyun Türkiyədə gerçəkləşəcək. Qarşılaşma oktyabrın 29-da İstanbul şəhərindəki "Başakşəhər Fatih Terim" stadionunda olacaq.
Qeyd edək ki, UEFA-nın qərarına əsasən, "Qarabağ" ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir.