Türkiyənin "Sivasspor" klubunun baş məşqçisi Rıza Çalımbay AVropa Liqasının I turunda "Vilyarreal"a məğlubiyyətdən (3:5) sonra açıqlama verib.
Sportarena.az xəbər verir ki, qarşıdakı matçlarda "Makkabi" və "Qarabağ"ı məğlub edəcəklərinə inandığını söyləyib:
"Çox gözəl oyun oldu. Seyr edənlər mütləq zövq alıblar. Müdafiədə çox böyük şanssızlıq yaşadıq. Amma heç ruhdan düşmədik. Bu oyunun cavab matçı da var. Oyunu səbirsizliklə gözləyirik. Ümid edirəm ki, onda daha yaxşı oynayacağıq. Bu oyunu təkcə özümüz üçün deyil, həm də Türkiyə üçün oynadıq. Futbolçulara inanıram, qarşıdakı oyunlardan xallar qazanacağıq. Qrupun qarşıdakı iki oyunundan qələbə ilə ayrılacağımıza inanıram”.
"Sivasspor" oktyabrın 29-da "Makkabi"ni (Tel-Əviv), noyabrın 5-də isə "Qarabağ"ı qəbul edəcək.