Türkiyə Super Liqasında VI tur davam edir.
Sportarena.az xəbər verir ki, günün mərkəzi matçında “Fənərbaxça” “Trabzonspor”u qəbul edib. Görüşdə hesabı “bordo mavililər” açsa da, İstanbul təmsilçisi ikinci hissədə vurduğu qollarla rəqibini 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura sabah keçiriləcək “Dənizlispor” – “Beşiktaş” (21:00) və “Sivasspor” – “Rizəspor” (21:00) matçları ilə yekun vurulacaq.
Türkiyə Super Liqası
VI tur
25 oktyabr
“Fənərbaxça” – “Trabzonspor” – 3:1
Qolla: Asan, 51 (avtoqol), Valensiya, 55, Sisse, 72 – Afobe, 23