Ronaldinyo da koronavirusa yoluxdu

01:45 26 Oktyabr 2020

Braziliya millisinin sabiq futbolçusu Ronaldiniyo koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, 40 yaşlı veteran futbolçu bu barədə sosial media hesabında video paylaşıb. O, COVİD-19 testinin pozitiv çıxdığını və karantinə alındığını deyib.

 

Ronaldiniyo tezliklə sevənləri ilə görüşəcəyi barədə nikbin mesaj verib.


Xəbər xətti