İtaliya Peşəkar Liqasının yüksək divizionunda mübarizə aparan "Recina" komandasında 27 nəfərin koronavirus testinin nəticəsi müsbət çıxıb.
Sportarena.az xəbər verir ki, infeksiyaya yoluxanlardan 21-i futbolçu, 2-si baş məşqçi və onun köməkçisi, 4-ü isə klubun digər əməkdaşlarıdı. Klub çempionatın növbəti turunda "Çittadella" ilə matçın təxirə salınması üçün federasiyaya müraciət edib.