Milli komandamızın Almaniyanın "Ertsgebirge" klubunda çıxış edən üzvü Dmitri Nazarovun II Bundesliqanın V turunun "Bohum"la səfər oyununda meydana çıxmamasının səbəbi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi səhhətində yaranmış problemə görə sözügedən qarşılaşmanı buraxmalı olub. Təcrübəli oyunçunun sıraya nə vaxt qayıdacağı açıqlanmayıb.