UEFA Azərbaycan yığmasının Millətlər Liqasının 5-ci turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.
Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda gerçəkləşəcək.
Qeyd edək ki, UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini açıqlamışdı.
Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq millimizin ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Komandamızın 4-cü turda Kiprlə görüşü (0:0) Albaniyanın Elbasan şəhərində olub.