“Qalatasaray”ın daha bir futbolçusunda koronavirus aşkarlanıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.Oktyabrın 31-də “Ankaragücü” ilə keçiriləcək Super Liqa matçı öncəsi bütün kollektivdən koronavirus testi götürüldüyü və futbolçulardan birinin testi müsbət nəticə verdiyi bildirilib.
Adı açıqlanmayan oyunçu karantinə alınıb və müalicəsinə start verilib.