"Buraxdığımız qol bizi ayıltdı" - "Vilyarreal"ın baş məşqçisi

13:32 30 Oktyabr 2020

"Vilyarreal"ın baş məşqçisi Unay Emeri Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda İstanbulda "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, görüşün maraqlı olduğunu bildirib.

 

- Birinci hissədə “Qarabağ”ın oyunu çox yaxşı alındı. Rəqb öz oyununu göstərməyi bacardı. “Qarabağ”a çox qol imkanı yaratmaq imkanı verməsək də, istədiyimiz oyunu göstərmədik, pis təsir bağışladıq. Fasilədən sonra daha yaxşı oynadıq. Buraxdığımız qol bizi ayıltdı. 80 dəqiqə ərzində etməli olduğumuzu son 10 dəqiqədə etdik. Ümumən qələbəyə layiq idik.
 
 

- Daha öncə gördüyünüz “Qarabağ”la indikini necə müqayisə edərdiniz?

- İki mövsüm əvvəl “Arsenal”la onlara qaşrı oynamışdıq. “Qarabağ”ın çox şən, cəlbedici oyunu var. İzləyəndə insana xoş gəlir. Müqayisə etdikdə həmin vaxtla oxşarlıq var.
 
 

- Hesabda geri düşdükdən sonra 2-3 qol vuracağınıza inamınız var idi?

- Əsas odur ki, qol buraxdıqdan sonra sakitliyi qoruya bildik. İnamımız var idi.
 
 

-La Liqada belə penaltilər verilirmi?

- Bu, oyunun nəticəsini müəyyənləşdirmədi. Onsuz da hesabda öndə idik. VAR sistemi ilə daha dəqiq müəyyənləşdirmək olar. Mənə elə gəlir ki, rəqib futbolçunun əli yuxarıda idi.
 
 

- "Qarabağ"ın qrupdan çıxmaq şansının olduğunu düşünürsünüz?

- Bizim üçün bu gün qələbə qazanmaq vacib idi. Hələ qarşıda oyunlar var. Bu gün hər iki komandaya qələbə lazım idi. "Qarabağ"ın qrupdan çıxmaq imkanı var.
 

- "Qarabağ" və "Sivasspor"la oynamısınız. Hansı komanda sizə daha çox çətinlik yaratdı?

- Hər iki komanda bizə çətinlik yaratdı. Türkiyə liqası yüksək səviyyəlidir. Ona görə "Sivasspor" keçən il yaxşı mövsüm keçirib. Bu gün "Makkabi"yə məğlub oldular. "Qarabağ"a gəldikdə, çox təcrübəli komandadır. Yaxşı yerli futbolçuları və legionerləri var. Baxmayaraq ki, hər iki oyunda məğlub olublar, düşünürəm ki, qarşıdakı oyunlarda xallar qazana biləcəklər.


Digər xəbərlər

Xəbər xətti