Türkiyə Futbol Federasiyası İzmirdəki zəlzələ ilə bağlı bəzi oyunları təxirə salıb.
Sportarena.az xəbər verir ki, Türkiyə Super Liqasının VII turunda keçirilməsi planlaşdırılan "Göztepe" – "Alanyaspor", I Liqada isə "Menemenspor" - "Ankaraspor" və "Altınordu" - "Bandırmaspor", III liqada isə "Berqama Belediyespor" - "KozanSpor" görüşləri təyin olunan vaxtda keçirilməyəcək.
Qeyd edək ki, 4 görüşün hamısı oktyabrın 31-də baş tutmalı idi.