UEFA 10 illik nəticələrinə görə "Qarabağ"a pul ödədi

19:00 2 Noyabr 2020

UEFA növbəti dəfə "Qarabağ"ın hesabına vəsait köçürüb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində iştirakına görə (UEFA-nın əmsallar reytinqinə əsasən) Ağdam klubu 2 milyon 750 min avro, 10 il ərzində göstərdiyi nəticələrə görə isə 1 milyon 214 min 310 avro gəlir əldə edib. Vəsait AFFA-nın vasitəçiliyi ilə "Qarabağ"a ödənilib.
 

Xatırladaq ki, "Qarabağ" hazırda Avroliqanın qrupunda mübarizəni davam etdirir.


Digər xəbərlər

Xəbər xətti